Ronaldu ardıcıl üçüncü dəfə ən çox gəlir əldə edən idmançı oldu

16-05-2025, 17:54           
Ronaldu ardıcıl üçüncü dəfə ən çox gəlir əldə edən idmançı oldu
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo ardıcıl üçüncü, karyerasında isə beşinci dəfə "Forbes"un dünyanın ən çox gəlir əldə edən idmançıları siyahısına başçılıq edib. 40 yaşlı forvardın illik gəliri 275 milyon dollar olub.

RBK xəbər verir ki, ən çox ödənişli 10 idmançı bir il ərzində ümumilikdə 1.4 milyard dollar qazanıb.

Reytinqdə ikinci yerdə NBA-nın "Qolden Steyt" komandasının oyunçusu Stiven Karri (156 milyon dollar) qərarlaşıb.

Üçüncü yeri son bir ildə ukraynalı Oleksandr Usikə iki dəfə uduzan və yenidən karyerasını başa vuran britaniyalı boksçu Tayson Fyuri (146 milyon dollar) tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru