Klublararası dünya çempionatı lazımsız turnir idi? VİDEO

Bu gün, 12:48           
Klublararası dünya çempionatı lazımsız turnir idi? VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında futbol tarixində ilk dəfə keçirilən klublararası dünya çempionatı haqda fikir mübadiləsi aparılıb.

Podkastın qonağı, idman jurnalisti Anar Həsənov sözügedən turnirdə "Çelsi" və PSJ arasında baş tutan final matçından söz açıb:

"Mən də hamı kimi PSJ-nin böyük üstünlüklə qalib gələcəyini gözləyirdim. Amma görüşdə PSJ oyunçuları sanki yuxuda idilər. Avropa nəhəngləri Fransa təmsilçisinin qapısından top keçirə bilmədikləri halda "Çelsi" ilk hissədə 3 qol vuraraq oyunun taleyini həll etdi. Sözsüz, PSJ bu matçda bərbad oynadı. Parislilər "Real Madrid"lə yarımfinalda 4:0 qələbə qazandıqdan sonra arxayınlaşdılar".

O, həmçinin klublararası dünya çempionatının təkrar ABŞ-də keçirilməsi qərarını məntiqsiz hesab etdiyini söyləyib.

"Çünki amerikalılar futbolla maraqlanmırlar. Onların özlərinə aid idman növləri var. Azərbaycanda hansı futbol azarkeşindən soruşsanız, klublararası dünya çempionatının lazımsız turnir olduğunu deyəcək. Əgər yarışda digər Avropa və Türkiyə klubları iştirak etsəydi, daha maraqlı olardı", - deyə Anar Həsənov bildirib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru