“Körpü-Bina-Tikinti” MMC nin sahibi Xaliq Göyüşovun uşaqları Hamburq şəhərində AGO PARK Hotel-i 40 milyon avroya satın alıb - Özü isə "brak" evlər tikir..
Bu gün, 11:34
TEREF yazır ki, müstrəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial mediyada paylaşılan “Körpü-Bina-Tikinti” MMC-nin Ağdamın Xıdırlı kəndindəki 30 milyon manata başa gələn tikintilərin necə selə təslim olduğundan erməni mediasının yazdığını bildirərək yazır: "Sosial şəbəkələrin erməni seqmentində “Körpü-Bina-Tikinti” MMC-nin Ağdamın Xıdırlı kəndindəki 30 milyon manatlıq əsərini ələ salırlar. Bu həmin şirkətdir ki, ötən il Sabunçu rayonunda yağış sularının iki nəfərin həyatına son qoyduğu tunelin də podratçısıdır. Bu həmin şirkətdir ki, sahibi Xaliq Göyüşovun uşaqları Almaniyanın Hamburq şəhərində AGO PARK Hotel-i 40 milyon avroya satın alıb."