Qızıl medallı Qarabağ qazisindən qələbə — Şərhi

27-06-2015, 01:37           

Bu gün Azərbaycan millisinin hesabına daha bir qızıl medal yazdıran paracüdoçu İlham Zəkiyev oyundan sonra fikirlərini bölüşüb.

Qarabağ uğrunda döyüşlərdə gözlərini itirən idmançımız qələbəsini belə şərh edib:

“Avropa Oyunları möhtәşәm yarışdır. Burda iştirak edib qızıl medal qazanmaq da gözәldir. Yarışdan öncә kiçik zәdәlәrim var idi. Amma bunlar mәnә mane olmadı. Özümü toparladım vә yarışlara qatıldım. Bütün Azәrbaycan mәndәn qızıl medal gözlәyirdi. Çox sevinirәm ki, onların istәdiyi nәticәni qazandım. Hәr kәsә tәşәkkür edirәm”.

İlham Zəkiyev ölkə prezidentinin onun haqda olan gözləntisindən də danışıb:

“Prezident İlham Әliyev vә xanımı Mehriban Әliyeva mәnә 2 missiya tapşırmışdı. Biri Avropa Oyunlarının mәşәlini daşımaq, biri dә burda iştirak etmәk idi. Hәr ikisinin öhdәsindәn gәldiyim üçün sevinirәm”. (qafqazinfo)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.