Avropa Oyunları: Cüdoçularımızdan ardıcıl qələbələr - Yenilənib (Canlı yayım)

27-06-2015, 14:06           
Avropa Oyunları: Cüdoçularımızdan ardıcıl qələbələr - Yenilənib (Canlı yayım)
Kişi cüdoçularımızdan ölkəmizi 90 kq-dək çəkidə təmsil edən dünya kubokunun gümüş mükafatçısı Ramin Qurbanov ilkin təsnifat mərhələsində Portuqaliya idmançısı Selio Dias ilə qarşılaşıb.

Trend-in məlumatına görə, görüş başlayan kimi Ramin Qurbanov rəqibinə bir yuko ilə qiymətləndirilən fənd tətbiq edib. Ardınca ipponla qiymətləndirən effektiv fəndlə təmsilçimiz qarşılaşmada vaxtından əvvəl qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.

O, 1/8 finalda Niderland cüdoçuzu Kristian Totla üz-üzə gələcək.

***

İlk Avropa Oyunlarının cüdo yarışlarının üçüncü günündə 100 kq-dək çəkili kişi cüdoçuların yarışında dünya çempionumuz Elxan Məmmədov təsnifat mərhələsində Xorvatiya təmsilçisi Zlatko Kumriçlə üzləşib.

Trend-in məlumatına görə, qarşılaşmaya fəal başlayan cüdoçumuz bir qədər sonra rəqibinə vaza-ari ilə qiymətləndirilən effektiv fənd tətbiq edib. Bundan sonra təzyiqini daha da artıran dünya çempionumuz xorvat cüdoçunu asai-komi fəndinə salaraq 15 saniyə saxlayaraq vaxtından əvvəl ipponla tam qələbə qazanıb və növbəti mərhələyə vəsiqə əldə edib.

Onun 1/8 final mərhələsindəki rəqibi çex idmançısı Lukas Krpalek olacaq.

***

Azərbaycan idmançıları Bakı 2015 ilk Avropa Oyunlarının cüdo yarışlarının üçüncü gününə qələbə ilə başlayıblar.

Trend xəbər verir ki, bu gün Heydər Əliyev İdman Arenasında keçirilən cüdo yarışlarında tatami üzərinə təmsilçilərimizdən ilk olaraq ən ağır çəkili cüdoçumuz, 100 kq-dan ağır çəki dərəcəsində kişi cüdoçumuz Uşangi Kokauri çıxıb. Təsnifat mərhələsində o, Sloveniya idmançısı Matyaj Kerajla qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz daha fəal güləşib. Əvvəlcə bir yuko xalı qiymətləndirən fəndlə rəqibini tatami üzərinə çırpan U.Kokauri ardınca saxlama (asai-komi) fəndi ilə vaxtından əvvəl ipponla tam qələbə qazanıb. O, 1/8 final mərhələsində Polşa cüdoçusu Masiej Sarnaçki ilə üzləşəcək.

Xatırladaq ki, bu gün cüdo yarışlarında Azərbaycanın 5 təmsilçisi mübarizə aparır. U.Kakauridən başqa, Günel Həsənli (-78 kq), Ramin Qurbanov (-90 kq), Elxan Məmmədov (-100 kq) və Elmar Qasımov (-100 kq) Azərbaycana medal qazandırmağa çalışacaqlar.

Qeyd edək ki, dünən yarışların ikinci günündə paracüdoçularımız Azərbaycana bir dəst medal qazandırıblar. İlham Zəkiyev (+90 kq) qızıl, Səbinə Abdullayeva (-57) gümüş, Zakir Mislimov (+90 kq) isə yarışların bürünc medallarını əldə ediblər.

Yarışların ilk günündə isə təmsilçimiz Orxan Səfərov (-60 kq) ölkəmizə gümüş medal qazandırıb.

***

Avropa.info Bakı-2015-in saytına istinadən bildirir ki, Avropa Oyunlarının 16-cı günü Heydər Əliyev adına İdman Arenasında cüdo yarışları keçirilir.


Yarış cədvəli belədir:

12:00 Kişilər arasında -90 kq 1/32 Seçmə Mərhələsi

12:00 Kişilər arasında +100 kq 1/16 Seçmə Mərhələsi

12:12 * Qadınlar arasında +78 kq 1/16 Seçmə Mərhələsi

12:18 * Kişilər arasında -90 kq 1/16 Seçmə Mərhələsi

12:24 * Kişilər arasında -100 kq 1/16 Seçmə Mərhələsi

12:42 * Qadınlar arasında -78 kq 1/16 Seçmə Mərhələsi

13:18 * Kişilər arasında +100 kq 1/16 Seçmə Mərhələsi

13:30 * Qadınlar arasında +78 kq 1/16 Seçmə Mərhələsi

13:42 * Kişilər arasında -100 kq 1/16 Seçmə Mərhələsi

14:06 * Kişilər arasında -90 kq 1/16 Seçmə Mərhələsi

14:06 * Qadınlar arasında -78 kq 1/16 Seçmə Mərhələsi

14:42 * Kişilər arasında +100 kq 1/4 Finallar

14:42 * Qadınlar arasında +78 kq 1/4 Finallar

14:54 * Kişilər arasında -100 kq 1/4 Finallar

15:00 * Kişilər arasında -90 kq 1/4 Finallar

15:06 * Qadınlar arasında -78 kq 1/4 Finallar

15:18 * Kişilər arasında +100 kq Təsəlliverici Görüş

15:24 * Kişilər arasında +100 kq Yarımfinallar

15:24 * Qadınlar arasında +78 kq Təsəlliverici Görüş

15:30 * Kişilər arasında -100 kq Təsəlliverici Görüş

15:36 * Qadınlar arasında +78 kq Yarımfinallar

15:36 * Qadınlar arasında -78 kq Təsəlliverici Görüş

15:42 * Kişilər arasında -90 kq Təsəlliverici Görüş

15:48 * Kişilər arasında -100 kq Yarımfinallar

16:00 * Qadınlar arasında -78 kq Yarımfinallar

16:12 * Kişilər arasında -90 kq Yarımfinallar

19:00 Kişilər arasında -90 kq Bürünc Medal Final Yarışları

19:20 * Kişilər arasında -90 kq Final

19:30 * Qadınlar arasında -78 kq Bürünc Medal Final Yarışları

19:50 * Qadınlar arasında -78 kq Final

20:00 * Kişilər arasında -100 kq Bürünc Medal Final Yarışları

20:20 * Kişilər arasında -100 kq Final

20:30 * Qadınlar arasında +78 kq Bürünc Medal Final Yarışları

20:50 * Qadınlar arasında +78 kq Final

21:00 * Kişilər arasında +100 kq Bürünc Medal Final Yarışları

21:20 * Kişilər arasında +100 kq Final
[media=https://www.youtube.com/watch?v=Zg_mSEiib6w]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.