Dünyanın ən çox pul qazanan idmançılarınınadları açıqlandı

8-06-2017, 09:27           

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. O, ötən 1 il ərzində 93 milyon dollar qazanıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri amerikalı basketbolçu Lebron Ceyms tutur. “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi. Onun 1 ildəki gəliri 86,2 milyon dollar olub. Üçlüyü “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tamamlayıb – 80 milyon.

Qeyd edək ki, K.Ronaldu karyerası ərzində dörd dəfə “Qızıl top”a sahib çıxıb, dörd dəfə Çempionlar Liqasının qalibi olub. 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru