Səudiyyəli futbolçulardan terror qurbanlarına qarşı tərbiyəsiz hərəkət- VİDEO
9-06-2017, 00:34
Onlar Londonda baş verən terror aktının qurbanlarının xatirəsini yad etməkdən boyun qaçırdılar
Səudiyyə Ərəbistanı milli yığma komandası iyunun 3-də Londonda baş verən terror hadisəsi zamanı həlak olanların xatirəsini yad etmək üçün bir dəqiqləlik sükut duruşuna qatılmayıblar.
Musavat.com Türkiyənin Hurriyet qəzetinə istinadən xəbər verir ki, Səudiyyə millisi Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının seçmə oyunlarında qarşılaşdıqları Avstraliya yığması ilə görüşdə görünməmiş tərbiyəsizliyə yol veriblər.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə oyundan əvvəl stadiondakı diktorun futbolçuları və tamaşaçıları Londonda baş verən terror qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqləik sükuta dəvət etdiyi sırada səudiyyəli futbolçular meydanın içinə dağılıb etinasız şəkildə seyr ediblər.
Bundan başqa Səudiyyə yığmasının ehtiyat oyunçular skamyasında yer alan məşqçi korpusu və futbolçuların da sükut zamanı oturduqları yerdən ayağa qalxmadıqları da gələn xəbərlər arasındadır.
Bəzi şərhçilər hadisənin Səudiyyə futbolçuların bu ritualı anlamaması ilə izah etməyə çalışsalar da görüntülər göz önündədir.
Səudiyyə tərəfdarlarının bəhanəsi isə bir dəqiqəlik sükutun İslam mədəniyyətində yer almaması ilə bağlı olub.
Lakin maraqlıdır ki, Səudyyənin Əl Əhli komandası ispaniyanın Barselona kluubu ilə görüşdə 2016-cı ilin noyabrın 28-də təyyarə qəzasında həlak olan Braziliyanın Şapekoense komandasının xatirəsini hörmətlə bir dəqiqəlik sükutla yad etmişdi.
[media=https://www.youtube.com/watch?v=3KDCSvVxR_E]