Rəşad Sadıqov: Ən üzücü məğlubiyyət oldu

11-06-2017, 08:19           
Rəşad Sadıqov: Ən üzücü məğlubiyyət oldu
Çox danışa bilməyəcəyəm. Yəqin ki, məni başa düşərsiniz. Azərbaycan tarixinin ən vacib oyunu idi. Bəlkə də ən yaxşı oyunumuzu keçirdik. Eyni zamanda, ən üzücü məğlubiyyətlə üzləşdik.

Report-un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib. Kapitan özünü pis hiss etdiyini və bu səbəbdən, əlavə suallara cavab verə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi Şimali İrlandiyaya uzatma dəqiqələrində buraxdığı qolla uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru