“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

12-06-2017, 07:39           
“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR
Bu gün DÇ-2018-in seçmə mərhələsində VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, D, G və İ qrupunda oyunlar baş tutub.

D qrupunda lider Serbiya Uelslə xalları bölüb. Serblərlə eyni xala malik, ancaq ikinci pillədə qərarlaşmış İrlandiya da Avstriya ilə bərabərə qalıb. Qrupun autsayderləri Gürcüstanla Moldova da digərlərindən fərqlənməyiblər.

G qrupunda İspaniya Makedoniyanı, ikinci İtaliya isə zəif Lixtenşteyni məğlub edib. İsrail - Albaniya matçı qonaqların rahat qələbəsi ilə yekunlaşıb.

İ qrupunun lideri Xorvatiya izləyicisi İslandiyaya uduzub. Ukrayna Finlandiyanı, Türkiyə isə Kosovanı xalsız qoyub.

DÇ-2018-in seçmə mərhələsi
VI tur
11 iyun

D qrupu
İrlandiya – Avstriya - 1:1
Qollar: Valters, 85 - Hintereger, 31

Moldova – Gürcüstan - 2:2
Qollar: Ginsari, 15, Dedov, 36 - Merabaşvili, 66, Kazaişvili, 70

Serbiya – Uels - 1:1
Qollar: Mitroviç, 74 - Remzi, 35 (penalti)

G qrupu
Makedoniya – İspaniya - 1:2
Qollar: Ristovski, 66 - David Silva, 15, Dieqo Kosta, 27

İtaliya – Lixteynşteyn - 5:0
Qollar: İnsinye, 35, Belotti, 52, Eder, 74, Bernardeski, 83, Qabbiadini, 90+5

İsrail – Albaniya - 0:3
Qollar: Sadiku, 22, 44, Memuşay, 72

İ qrupu
Finlandiya – Ukrayna - 1:2
Qollar: Pohjanpalo, 72 - Konoplyanka, 51, Besedin, 75

İslandiya – Xorvatiya - 1:0
Qol: Maqnusson, 90

Kosova - Türkiyə - 1:4
Qollar: Rrahmani, 22 - Volkan Şen, 7, Cengiz, 31, Burak, 60, Ozan, 82












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru