“Ronaldo əvəzolunmaz deyil” – Luiş Fiqo

23-06-2017, 09:25           
“Ronaldo əvəzolunmaz deyil” – Luiş Fiqo
Portuqaliya millisinin sabiq futbolçu Luiş Fiqo “Real”ın futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılması xəbərlərinə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu barədə ölkəsinin mətbuatına açıqlama verən veteran futbolçu Ronaldonun əvəzolunmaz olmadığını deyib:

“Real” kimi komandaların adı klubun prezidenti daxil olmaqla hər kəsin adından böyükdür. Sadəcə, Ronaldo yox, heç kimin əvəzolunmaz olmadığını düşünürəm”.

O, həmyerlisinin Madrid klubundan ayırlmayacağına inanmadığını da söyləyib: “Bu, onun şəxsi qərarıdır. Əgər kimsə bir şeyin həqiqətən olmasını istəyirsə, alınacaq. Ancaq mən Kriştianonun “Real”dan ayrılacağını düşünmürəm”.

Qeyd edək ki, 2000-ci ildə 60 milyon avroya “Barselona”dan “Real”a keçən Fiqo Madrid klubu ilə iki dəfə La Liqa çempionluğunu və ölkə kubokunu qazanıb. Bir dəfə isə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.