Azərbaycan millisinin futbolçusu Ukrayna klubuna keçib

18-07-2017, 02:37           
Azərbaycan millisinin futbolçusu Ukrayna klubuna keçib
Milli komandamızın müdafiəçisi Pavel Paşayevin Ukraynanın “Aleksandriya” klubuna keçidi rəsmiləşib. Apasport.az-ın məlumatına görə, yığma üzvü bu gün yeni klubu ilə rəsmi müqavilə imzalayıb.

Bu barədə klub saytı xəbər yayıb. Lakin müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib.

Paşayevin son klubu Ukrayna “Stal”ı olub. Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə”nin potensial rəqibidir. Təmsilçimiz Rumıniya “Astra"sını keçəcəyi halda, məhz Paşayevin yeni klubu ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru