"Qəbələ" növbəti mərhələdə (VİDEO)

21-07-2017, 08:34           

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu Polşanın "Yaqelloniya" klubunun qonağı olub.

teref.az yazır ki,, görüş 0:2 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb. Oyunun 18-ci dəqiqəsində ilk qolu İlqar Qurbanov rəqib qapısından keçirib. Oyunun 89-cu dəqiqəsində F. Ozobiç fərqlənərək hesabı 0:2 edib.

Beləliklə, "Qəbələ" klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib (ilk oyun - 1:1).

Qeyd edək ki, növbəti turda "Qəbələnin" rəqibi Yunanıstanın "Panatinaykos" klubu olacaq.
[media=https://www.youtube.com/watch?v=fhaXyTCHgH4]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.