Luçesku qərarını verdi

29-07-2017, 10:33           


"Qalatasaray"ın idman direktoru postuna gətirmək istədiyi Mirça Luçesku bir müddət dincəlmək istəyir.
TEREF.İNFO goal.az-a istinadən xəbər verir ki, rumın mütəxəsisin yaxınlarından olan Konstantin Anqelaçe onun ciddi bir təklif olmayacağı təqdirdə məşqçilik karyerasını nöqtələyəcəyini də istisna etməyib. 72 yaşlı Luçeskunun son klubu "Zenit" olub. Komandanın qeyri-qənaətbəxş nəticələrindən sonra mayda istefaya göndərilən təcrübəli məşqçi daha sonrakı açıqlamasında "piterlilər"in təklifini qəbul etməklə səhvə yol verdiyini demişdi. Rusiya mətbuatında isə Luçeskunun Alzheymer xəstəliyinə doğru getdiyi barədə informasiya yayılmışdı.

Qeyd edək ki, iyulun 27-də "Qalatasaray"ın İdarə Heyətinin üzvü Can Topsakal Luçesku ilə danışıqlar aparmaq üçün Rumıniyaya getmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru