"Qarabağ"ın rəqibinin azarkeşləri Danimarka derbisində polislərlə dalaşıb: 4 nəfər həbs edilib - FOTO - VİDEO

7-08-2017, 08:30           
"Qarabağ"ın rəqibinin azarkeşləri Danimarka derbisində polislərlə dalaşıb: 4 nəfər həbs edilib - FOTO - VİDEO
Danimarka Super Liqasında "Brondbü" ilə "Kopenhagen" arasındakı IV turun mərkəzi oyununda dava düşüb.
"Report"un məlumatına görə, qonaq komanda fanatları ilə polislər və hakim-inspektor arasında amansız döyüş baş verib.
Çaxnaşma 90-cı dəqiqədə meydan sahiblərinin hesabı açmasından sonra yaşanıb. Həmin vaxt inspektorun başına zərbə endirilib. Meydana girən "Kopenhagen" azarkeşlərini çətinliklə tribunaya qaldırmaq mümkün olub.
Hadisə ilə əlaqədar 4 nəfər həbs olunub. Oyunda 20 dəqiqəlik fasilə yaranıb. Görüş davam etdirildikdən sonra nəticə dəyişməyib və "Brondbü" 1:0 hesablı qələbə qazanıb.
Baş verənlərlə əlaqədar "Kopenhagen" klubu bəyanat yayaraq, azarkeşlərinin hərəkətini biabırçılıq adlandırıb. Klub müvafiq orqanlarla birgə qanun pozucularını aşkara çıxararaq, cəzalandırılmasına nail olacaqlarını bildirib.
Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ"la üz-üzə gələcək. İlk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-də Danimarka paytaxtında olacaq.
[media=https://www.youtube.com/watch?v=kopSO3tgT84]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru