“Neftçi”nin başlatdığı "təkzolaqlı" yolu “Qarabağ" "avtomagistral"a çevirdi

24-08-2017, 09:58           
“Neftçi”nin başlatdığı "təkzolaqlı" yolu “Qarabağ" "avtomagistral"a çevirdi
Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubudur. Bu hadisə bütün Azərbaycan xalqını sevindirib.Ölkəmizin tanınmış futbol mütəxəssisləri mövzu ilə bağlı Moderator.az-a açıqlama veriblər.
Futbol mütəxəssisi Həsən Abdullayev bildirib ki, bu, bütün dünyada böyük marağa səbəb olan qələbədir. Ona görə ki, komandanın adı “Qarabağ”dır. Oyunun gedişi haqqında onu deyə bilərəm ki, komandanın hücum xətti zəif idi. Hesab bərabərləşdikdən sonra oyunçular arxayın düşdü və müdafiə xətti də zəiflədi. Komandamız ikinci qolu buraxmaya bilərdi. Amma mən bu məğlubiyyəti də qələbə sayıram. Çünki Dino Ndlovun vurduğu qol bizi qələbəyə aparan yol idi. Qurban Qurbanov Azərbaycan futbolunda məşqçi kimi öz sözünü dedi. Onun zəhməti hədər getmədi və öz bəhrəsini verdi.
Korner.az saytının təsisçisi Saleh Arslan isə sevincdən danışmaqda çətinlik çəkdiyini bildirib. “Qarabağ” Azərbaycan futbolunda böyük tarix yazdı. Bu gün Azərbaycan futboluna qızıl hərflərlə yazılmalıdır və yazılacaq da. İllər əvvəl “Neftçi”nin başlatdığı "təkzolaqlı" yolu “Qarabağ" "avtomagistral"a çevirdi. Bu qələbəyə, bu sevincə çox ehtiyacımız var idi və şükürlər olsun, Qurban Qurbanov bunu bizə yaşatdı!” – Saleh Arslan belə deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.