Azərbaycan komandası Çempionlar Liqasının qrup mərhələsinə çıxan 33-cü ölkə olub
24-08-2017, 10:05
Azərbaycan futbol komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 33-cü ölkə olub. "Report" xəbər verir ki, ölkənin bu siyahıya düşməsi "Qarabağ" klubunun turnirin "play-off" mərhələsində iki oyunun nəticəsinə görə Danimarkanın "Kopenhagen" kollektivini mübarizədən kənarlaşdırması sayəsində mümkün olub. Hazırda UEFA-nın tərkibinə 54 ölkə daxildir.