Qurban Qurbanov:“Biz hələ Çempionlar Liqasının nə olduğunu hiss belə etmirik”

4-09-2017, 00:53           

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki yarışlarının tarixi startına doqquz gün qaldı. 12 sentyabrda Azərbaycan çempionu Londonda “Çelsi”yə qarşı oynayacaq. İndi “Qarabağ” futbolçularının əksəriyyəti milli komandanın sərəncamındadır, baş məşqçi Qurban Qurbanov isə baş sındırır ki, yetirmələrini Çempionlar Liqasında ən əhəmiyyətli oyunlara necə optimal vəziyyətdə çıxarsın.

“Düşünürəm ki, biz hələ Çempionlar Liqasının nə olduğunu hətta hiss belə etmirik. Bunu yalnız qrup mərhələsində tam iştirakdan sonra anlayacağıq. Amma görürəm ki, bütün futbolçular arzu ilə alışıb yanırlar, hamı həyəcanlanır. Bütün oyunçularda bu mərhələdə çıxış etmək arzusu var idi”, -deyə Qurban Qurbanov virtualaz.org-a açıqlamasında bildirib.

“Qarabağ”ı “Çelsi”, “Atletiko” və “Roma” ilə bir qrupa salan ağır püşkü şərh edərkən baş məşqçi deyib: “Aydındır ki, biz mürəkkəb qrupa düşdük. Artıq püşkatma zamanı biz Çempionlar Liqasının səviyyəsini hiss etdik. Anlayırıq ki, bizə hansı komandalara qarşı oynamaq lazımdır. Mənə oyunçulara nəyi isə əsaslandırmaq çətin olmayacaq, çünki onlar özləri çoxdan bunu arzu edirdilər. Mənə yalnız bizim hazırlıq proqramını düzgün planlaşdırmaq qalır ki, futbolçular oyunlara lazımi formada çıxsınlar”.

Şəxsi hisslərinə gəlincə, Qurban Qurbanov qeyd edib ki, Çempionlar Liqasında oyunlardan əvvəl həyəcandan qaçmaq mümkün olmayacaq: “Məndə də, oyunçularda olduğu kimi, eyni hisslərdir. Təbii, həyəcanlanacağam, narahat və ehtiyatlı olacağam. Hesab edirəm ki, mən, məşqçi kimi, eləcə də bütün futbolçular, Çempionlar Liqasında böyük təcrübə yığacağıq. Bu bizim gələcək işimiz üçün çox faydalı yarış olacaq”.

Baş məşqçi əmindir ki, “Qarabağ”ın futbolçuları Çempionlar Liqasına psixoloji nöqteyi-nəzərdən hazır olacaqlar: “Psixoloji nöqteyi-nəzərdən bizə komandanı bu klublara qarşı hazırlamaq çətin olmayacaq. Əgər hər şeyə real baxsaq, etiraf etməliyik ki, onların hər üçü bizdən daha güclüdür. Amma bütün hallarda biz meydana çıxıb, sona kimi mübarizə aparacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.