Dünya çempionatına qatılan ilk komanda bəlli oldu

4-09-2017, 10:17           

"H" qrupunda keçirilən qarşılaşmada Yunanıstanı məğlub edən Belçika yığması 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya çempionatına qatılmağı təmin edən ilk komanda olub.

Axar.az xəbər verir ki, səfərdə yunanlara 2-1 qalib gələn Belçika millisi xallarının sayını 22-yə yüksəldib və ikinci yerdəki Bosniyanı 8 xal qabaqlayıb.

Belçikalılar bununla da qalan iki oyunun nəticəsindən asılı olmayaraq DÇ-yə qatılmağı təmin ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.