Azərbaycan San-Marinonu darmadağın etdi – 5:1

5-09-2017, 00:08           
Azərbaycan San-Marinonu darmadağın etdi – 5:1
Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb.
Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını məğlub edib.
Milli komanda "Bakcell Arena"da baş tutan görüşdə rəqibini 5:1 hesabı ilə üstələyib. Bununla da yığma seçmə mərhələlərdə ilk dəfə 10 xal toplanış olub və bir tsikldə 3 qalibiyyət əldə edib.
Bu zəfər sayəsində milli yer aldığı C qrupunda 3-cü pilləyə yüksəlib.
VIII tura bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Şimali İrlandiya - Çexiya və Almaniya - Norveç qarşılaşmaları ilə yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan yığması bunadək 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal toplamışdı. R.Prosineçkinin baş məşqçisi olduğu komanda cari tsiklə San Marinonu səfərdə, Norveçi isə evdə 1:0 hesabı ilə məğlub etməklə yanaşı, Çexiya ilə rəqib meydanında qolsuz heç-heçə edib.
2018-ci il dünya çempionatının seçmə mərhələsi
C qrupu
Azərbaycan – San Marino 5:1
Qollar: Əfran İsmayılov, 20; 57. Araz Abdullayev, 25. Mikele Çevoli, 71 (öz qapısına). Rəşad Sadıqov, 81 - Mirko Palatsi, 74
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milutin Cukiç Yovitsa Tatar
Dördüncü hakim: Pavle Radovanoviç
(Hakimlər Monteneqrodandır)
Hakim-inspektor: Kay Osterqard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)
Bakı. "Bakcell Arena"
Xal durumu: Almaniya - 21, Şimali İrlandiya - 16, Azərbaycan - 10, Çexiya - 9, Norveç - 7, San Marino - 0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru