Azərbaycanın ağır atletika yığması Dünya çempionatı-2017-yə buraxılmayacaq

7-09-2017, 08:56           
Azərbaycanın ağır atletika yığması Dünya çempionatı-2017-yə buraxılmayacaq
Azərbaycanın ağır atletika üzrə yığma komandası bir il müddətinə diskvalifiksiya olunacağı təqdirdə ABŞ-ın Anahaym şəhərində (Kaliforniya) keçiriləcək Dünya çempionatına buraxılmaya bilər.
"Report" "InsidetheGames" nəşrinə istinadən xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) xüsusi komissiyasının idmançılarının adı üç və daha çox hallarda dopinqdən istifadədə keçən 9 ölkəyə qarşı başladığı araşdırmalar sona yetmək üzrədir.
"Üç nəfərdən ibarət komissiya IWF İcraiyyə Şurasının 3-dən 10-a qədər atletinin Pekin-2008 və London-2012 olimpiya oyunları üzrə nümunələri yenidən attestasiya zamanı müsbət nəticə verən 9 ölkənin cəzalandırılmasına dair təkliflərinin araşdırılması üçün yaradılıb. Komissiya bu həftəsonu Budapeştdə işi yekunlaşdırmmaq üçün görüş keçirməlidir. Onun hesabatı IWF İcraiyyə Şurasının 30 sentyabr – 1 oktyabrda Buxarestdə keçiriləcək növbədənkənar iclasına daxil ediləcək… Çox güman ki, doqquz ölkənin hər birinin dünya çempionatında iştirakına qadağa qoyulacaq", — deyə nəşr yazır.
Qeyd olunur ki, burada söhbət Qazaxıstan və Rusiya (Hər yığmada 10 müsbət dopinq nümunəsi), Belarus (7 müsbət nümunə), Azərbaycan (5), Ermənistan (4), Türkiyə, Ukrayna, Çin və Moldovadan (hər biri 3) gedir.
Bununla yanaşı, nəşrin məlumatına görə, söhbət doqquz ölkədən hər birinin 1 il müddətinə IWF-nin təşkilatçılığı ilə keçirilən bütün yarışlardan kənarlaşdırılmasından gedəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.