Deputat 4 saat növbədə dayandı - “Qarabağ”ın oyununa bilet almaq üçün

8-09-2017, 22:25           
Deputat 4 saat növbədə dayandı - “Qarabağ”ın oyununa bilet almaq üçün
"Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra "Qarabağ” – "Roma” futbol oyununa bilet aldım.”

BakuPost.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə "Facebook" səhifəsində yazıb.

Deputat bildirib ki, bileti ASAN Xidmətin Yasamal filalının binasında yerləşən bilet kassasından əldə edib: "Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma işi daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular. Satıcı qıza xüsusi təşəkkür düşür, o, çox səbrlə işləyirdi və böyük növbəyə görə nahara getmədi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru