Qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları ilk yoldaşlıq oyununda üz-üzə gəliblər.
Azərbaycan Həndbol Federasiyasından Axar.az-a bildirilib ki, Mingəçevirdə “Kür Olimpiya Tədris-İdman Mərkəzi”ndə keçirilən birinci matçda əyalət təmsilçisi “Nur” 33:26 hesabı ilə qalib gəlib.
Komandalar arasında növbəti yoxlama görüşü sentyabrın 9-da keçiriləcək.