Azərbaycan millisinin sabiq qapıçısı Ukrayna klubuna keçib

9-09-2017, 10:24           
Azərbaycan millisinin sabiq qapıçısı Ukrayna klubuna keçib
Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Andrey Popoviç Ukrayna çempionatında çıxış edən "Minay" klubuna keçib.
"Report" xəbər verir ki, 25 yaşlı qapıçı əslən Ukraynanın Çop şəhərindən olsa da, 2008-ci ildən Azərbaycanda çıxış edib.
Donetskin "Metallurq" klubundan gələn qapıçı "Abşeron" (Bakı), "Sumqayıt", "Turan" və "Qəbələ" klublarının şərəfini qoruyub. O, Roman Qriqorçukun rəhbərliyi altında ölkə çempionatının bürünc mükafatçısı olub. Andrey Popoviç Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının sıralarına cəlb edilib, 2011-2012-ci illərdə isə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan milli komandasında iki oyun (Albaniya ilə 0:1 və Sinqapurla 2:2) keçirib.
Popoviç "Minay"ın heyətində bazar günü, sentyabrın 10-da debüt edə bilər. Həmin gün Nikolay Qibalyukun komandası Ujqorodda Rovensk vilayətinin təmsilçisi olan ODEK-i (Orjev) qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru