Amerikalı Sloan Stivens "US Open" tennis turnirinin qalibi olub

10-09-2017, 09:30           
Amerikalı Sloan Stivens "US Open" tennis turnirinin qalibi olub
Amerikalı qadın tennisçi Sloan Stivens Nyu-Yorkda keçirilən "US Open" turnirinin (ümumi mükafat fondu 50,4 milyon dollar) qalibi olub.
"Report" TASS-a istinadən xəbər verir ki, 24 yaşlı Stivens final oyununda 22 yaşlı həmvətəni Medison Kizi 6:3, 6:0 hesabı ilə məğlub edib.
Stivens karyerasında ilk dəfə idi ki, Böyük dəbilqə seriyalı turnirin finalında çıxış edirdi. Bu titul amerikalı üçün Qadın Tennis Assosiasiyası turnirlərində sayca 5-ci olub.
"US Open" turnirinə sentyabrın 10-da yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru