"Qarabağ"ın ÇL-dəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib

10-09-2017, 10:11           
"Qarabağ"ın ÇL-dəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib
"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
"Report" xəbər verir ki, Ağdam klubunun sentyabrın 12-də qrup mərhələsinin oyunu çərçivəsində Londonda qonağı olacağı "Çelsi" kollektivi İngiltərə Premyer Liqasında "Lester"lə qarşılaşıb.
Səfərdə oynayan "zadəganlar" 2:1 hesabı ilə qalib gələrək 3 xal qazanıblar.
"Qarabağ"ın növbəti rəqibi olan İspaniya "Atletiko Madrid"i isə səfərdə "Valensiya" ilə qolsuz heç-heçə edib.
Qrupun digər iştirakçısı, sentyabrın 27-də Bakıya gələcək İtaliyanın "Roma" klubunun dünən "Sampdoriya" ilə səfərdə keçirməli olduğu qarşılaşması hava şəariti ilə əlaqədar təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru