Almaniya Bundesliqasında oyunu ilk dəfə qadın idarə edib
11-09-2017, 08:10
Bibiana Ştaynhaus futbol üzrə Almaniya çempionatının ali divizionu çərçivəsində matçı baş hakim kimi idarə edən ilk qadın olub. "Report" TASS-a istinadən xəbər verir ki, 38 yaşlı Ştaynhaus III turun "Herta" - "Verder" oyununu (1:1) idarə edib. Hakim matçın 36-cı dəqiqəsində ev sahiblərinin futbolçusu Pyer Şelbredə sarı vərəqə göstərib.