"Qarabağ"ın stadionu erməni bombaları ilə dağıdılıb - "Independent"

12-09-2017, 14:11           
"Qarabağ"ın stadionu erməni bombaları ilə dağıdılıb - "Independent"
"Əgər bu gün regionda vəziyyət ayrı cür olsaydı, dünyanın diqqəti Ağdam şəhərinə yönələrdi. Burada UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın İngiltərənin "Çelsi" komandası ilə oyunu keçirilərdi".

Trend-in məlumatına görə, bu barədə Britaniyanın "Independent" nəşri yazır.

Məqalədə qeyd olunur ki, bu gün Ağdamın "İmarət" stadionunu erməni snayperləri görür: "Qarabağ"ın oynadığı stadion erməni bombaları ilə dağıdılıb".

Müəllif yazır ki, "Qarabağ"ın Çempionlar Liqasında uğurlu çıxışı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsinin daha geniş işıqlandırılmasına imkan verəcək:

"Klubun Çempionlar Liqasındakı çıxışından sonra daha çox insan Qarabağın Azərbaycan torpağı olduğunu biləcək və bir daha primitiv erməni təbliğatına uymayacaq".

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasında "Qarabağ" Londonda "Çelsi"nin qonağı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru