Şimali İrlandiya yığmasının baş məşqçisi saxlanılıb

12-09-2017, 15:28           
Maykl O`Nil sərxoş halda avtomobil idarə etməkdə şübhəli bilinir

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil həbs edilib.

“Report” “The Scottish Sun”a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Şotlandiyanın paytaxtı Edinburqda saxlanılıb. O, sərxoş halda avtomobil idarə etməkdə şübhəli bilinir. O`Nil ifadə vermək üçün oktyabrın 10-da məhkəməyə çağırılıb.
Qeyd edək ki, Maykl O`Nil 2012-ci ildən Şimali İrlandiya millisinə rəhbərlik edir. Onun baş məşqçisi olduğu komanda cari tsikldə 19 xalla C qrununda 2-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru