Çempionlar Liqası: "Beşiktaş" Portuqaliyada "Portu"nu məğlub edib

14-09-2017, 08:17           
Çempionlar Liqası: "Beşiktaş" Portuqaliyada "Portu"nu məğlub edib
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində növbəti matçlar keçirilib.
"Report" xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupunda yer alan komandalar üz-üzə gəliblər.
Türkiyə çempionu "Beşiktaş" mübarizəyə Portuqaliyada "Portu"ya qarşı görüşlə başlayıb. Qarşılaşmada vurulan 4 qolun hamısının müəllifi qonaqlar olub. "Qara qartallar" qollardan 3-nü rəqib, 1-ni öz qapısına vurub.
Turnirin son qalibi İspaniya "Real Madrid”i Kipr APOEL-inə böyük hesabla qalib gəlib. Yarışın favoritlərindən sayılan İngiltərənin "Mançester Siti” komandası Hollandiyada "Feyenoord”u darmadağın edib.
Günün mərkəzi görüşündə isə "Liverpul" İngiltərədə İspaniya "Sevilya"sı ilə məhsuldar heç-heçə edib. Sloveniyada "Maribor"un Rusiya "Spartak"ı, Almaniyada isə Çempionlar Liqasının debütantı "Leyptsiq"in Fransa "Monako"su ilə heç-heçələri, eləcə də Ukrayna "Şaxtyor"unun İtaliya "Napoli"sinə qalib gəlməsi gecənin gözlənilməz nəticələri sayıla bilər.
Çempionlar Liqası, Qrup mərhələsi, I tur
13 sentyabr
E qrupu
22:45. "Maribor” (Sloveniya) – "Spartak” (Moskva, Rusiya) - 1:1
Qollar: Damyen Bohar, 85 - Aleksandr Səmədov, 60
22:45. "Liverpul” (İngiltərə) – "Sevilya” (İspaniya) - 2:2
Qollar: Roberto Firmino, 21. Məhəmməd Salah, 37 - Vissam Ben Yedder, 5. Joakin Korrea, 72
İstifadə edilməyən penalti: Roberto Firmino, 42 ("Liverpul")
F qrupu
22:45. "Feyenoord” (Hollaniya) – "Mançester Siti” (İngiltərə) - 0:4
Qollar: Con Stounz, 2; 63. Serxio Aqüero, 10. Qabriel Xesus, 25
22:45. "Şaxtyor” (Ukrayna) – "Napoli” (İtaliya) - 2:1
Qol: Tayson Freda, 15. Fakunda Ferreyra, 58 - Arkadiuş Milik, 72-penalti ilə
G qrupu
22:45. "Leyptsiq” (Almaniya) – "Monako” (Fransa) - 1:1
Qollar: Emil Forsberq, 33 - Yuri Tielemans, 34
22:45. "Portu” (Portuqaliya) – "Beşiktaş” (Türkiyə) - 1:3
Qollar: Duşko Toşiç, 21-öz qapısına - Anderson Taliska, 13. Cenk Tosun, 28. Rayan Babel, 86
H qrupu
22:45. "Tottenhem” (İngiltərə) – "Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar: Hyunq-Min Son, 4. Hari Keyn, 15; 60 - Andrey Yarmolenko, 11
22:45. "Real Madrid” (İspaniya) – APOEL (Kipr) - 3:0
Qollar: Kriştianu Ronaldu, 12, 50 (pen). Serxio Ramos, 61












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru