"Elxan Məmmədov “Şəmkir”i yüksək liqada görmək istəmədi” - Klubun prezidentindən ŞOK AÇIQLAMA
14-09-2017, 13:35
Bir müddət əvvəl I divizyonda çıxış edən "Şəmkir” futbol klubunun prezidenti Elvin Səfərovun borcları üzündən ölkəni tərk etdiyi bildirilirdi. Onun klubun futbolçularına və digər üzvlərinə borclu olduğu deyilir.
Azərbaycandan qaçıb Türkiyədə yaşadığı iddia edilən Elxan Səfərov Unikal.org-a açıqlamasında Azərbaycandan qaçmadığını, işləri ilə əlaqədar olaraq başqa ölkəyə getdiyini vurğulayıb:
"Azərbaycandan qaçmamışam. Yalan xəbərdir. Bütün bu söz-söhbətlərin hardan qaynaqlandığını başa düşə bilmirəm. Türkiyəyə işlə bağlı gəlmişəm. Mənim və sponsorun klubun dağılmasında günahı yoxdur. Buna səbəb olanlar var, bizi məcbur etdilər. Gördük ki, I divizyona pul xərcləməyin mənası yoxdur. Ötən il biz məqsədimizi ən başda açıqlamışdıq. Bildirmişdik ki, hədəfimiz elitaya yüksəlməkdir. Komandamızı orada görmək üçün çalışırdıq. Amma anladıq ki, nə ədalət var, nə də hörmət... Nədənsə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov "Şəmkir”i yüksək liqada görmək istəmədi”.