Avroliqa matçına gözlənilməz “hücum” - VİDEO

15-09-2017, 10:47           
Avroliqa matçına gözlənilməz “hücum” - VİDEO
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilməli olan “Arsenal” (İngiltərə) – “Köln” matçı nəzərdə tutulduğu vaxtda başlamayıb.

Yenicag.az xəbər verir ki, sözügedən matçın öncədən Bakı vaxtı ilə saat 23:05-də başlaması nəzərdə tutulmuşdu. Amma təhlükəsizlik tədbirləri ilə əlaqədar, matçın bir saat sonra – 00:05-də start götürməsinə qərar verilib.

Buna isə Almaniya təmsilçisinin azarkeşlərinin Londona gözlənilməz “hücumu” səbəb göstərilir. “Topçular”ın rəsmi saytının yaydığı xəbərə görə, təxminən 20 min “Köln” fanatı marşlar səsləndirərək Londona ayaq basıb. Biletsiz olan həmin tərəfdarların zorla stadiona girməyə çalışması isə gərginliyə səbəb olub. Məhz bu üzdən də qarşılaşma nəzərdə tutulan saatda başlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru