Azərbaycanda nazir futbol klubu yaratdı — Premyer Liqaya gətirir

15-09-2017, 14:39           
Azərbaycanda nazir futbol klubu yaratdı — Premyer Liqaya gətirir
Yeni yaradılan "Vətən" bu mövsüm I Divizionda mübarizə aparacaq. Klubun himayədarı Mikayıl Cabbarovdur.

teref.az sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013) olduğu illərdə "Fortuna"nı yaradan, daha sonra "Zirə"nin təsis olunması fikrini irəli sürən indiki təhsil naziri "Vətən"ə artıq yeni sponsorlar tapıb.

Ona görə də klubun adının dəyişdirilməsi gündəmdədi. Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yeni açılan "Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazası onlara təklif olunub. Komandanı burda məskunlaşdırmaq istəyən M.Cabbarov büdcəni də artırmağa hazırlaşır.

Hazırda isə "Vətən"in hesabında 250 min manat var. Nazirin fikri ciddidi - o, çoxdankı arzusunu reallaşdıraraq, Premyer Liqada təmsil olunmaq istəyir. AFFA-nın baş katibi Elxan Məmmədov bu yolda "Vətən"ə hər cür dəstək vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru