Ueyn Runi bu gün məhkəmə qarşısına çıxarılacaq

18-09-2017, 09:47           
Ueyn Runi bu gün məhkəmə qarşısına çıxarılacaq
"Mançester Yunayted" futbol klubu və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi məhkəmə qarşısında cavab verəcək.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, məşhur futbolçu hələ sentyabrın 1-də Vilslouda içkili halda avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb.
Ona qarşı sükan arxasında olarkən müəyyən edilmiş alkoqol istehlak limitini aşma ittihamı irəli sürülüb. Futbolçu pul müqabilində sərbəst buraxılıb.
Bildirilir ki, U. Runi məhkəmə qarşısına "Mançester Yunayted" - "Everton" matçının ertəsi günü çıxmalıdır. O, həmçinin İngiltərə millisinde rekord sayda qol vuran futbolçu kimi tarixə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru