Çempionlar Liqasında ilk turun ən yaxşı qolları müəyyənləşib

19-09-2017, 08:44           
Çempionlar Liqasında ilk turun ən yaxşı qolları müəyyənləşib
Futbol üzrə Çempionlar Liqasında ilk turun ən yaxşı qolları müəyyənləşib.
"Report"un məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılmış sorğu nəticəsində Türkiyə "Beşiktaş"ının futbolçusu Cenk Tosunun Portuqaliyada "Portu"nun qapısından keçirdiyi top qalib olub.
Tosunun 28-ci dəqiqədə 25 metr məsafədən vurduğu qol 37 faiz səs toplayıb.
İkinci yeri 19 faiz səslə İngiltərənin "Çelsi" klubunun hücumçusu Pedro Rodriges tutub. O, "Qarabağ"la görüşün 5-ci dəqiqəsində cərimə meydançasının çölündən dəqiq zərbə ilə hesabı açıb.
Üçüncü yerə isə İspaniya "Barselona"sının hücumçusu Lionel Messinin İtaliya "Yuventus"una vurduğu qol layiq görülüb. Həmin qol 18 faiz səs toplayıb.
"Beşiktaş" "Portu"nu 3:1, "Çelsi" "Qarabağ"ı 6:0, "Barselona" isə "Yuventus"u 3:0 hesabı ilə yenib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru