Şotlandiyalı velosipedçi rekord 79 günə Yer kürəsini dövr edib

19-09-2017, 08:53           
Şotlandiyalı velosipedçi rekord 79 günə Yer kürəsini dövr edib
Şotlandiyalı Mark Bomont 79 günə Yer kürəsini velosipedlə dövr edərək dünya rekordu müəyyənləşdirib.
"Report" BBC-yə istinadən xəbər verir ki, sentyabrın 18-də Parisdə Zəfər tağlarında səyahətinə yekun vurub.
34 yaşlı Bomont dünya səyahətinə iyulun 2-də Parisdən yola düşüb. Bu müddət ərzində velosipedçi 16 ölkənin ərazisindən keçməklə təxminən 29 min km məsafə qət edib. O, gündə orta hesabla 370 kilometr yol gedib. O, əvvəlki 44 günlük dünya rekordunu təzələyib. Şotlandiyalı bildirib ki, onu bu addımı atmağa Jül Vernin "80 gün Yerin ətrafında" romanı ilhamlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru