“Qarabağ” “qara bazar”ın qarşısını necə alacaq? – RƏSMİ AÇIQLAMA
19-09-2017, 14:19
UEFA Çempionlar Liqasında "Qarabağ” "Roma” ilə üz-üzə gələcək. Görüş sentyabrın 27-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Onlayn bilet satışı, "qara bazar”ın qarşısının alınmasıyla bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a danışıb: "Bütün dünyada onlayn bilet satışı praktikasından istifadə olunur. Bu, eyni zamanda tələblərdən biri idi. Biz də bunu tətbiq etdik. Ümumi götürsək, heç bir narazılıq yoxdur və insanlar da rahat şəkildə biletlərini alıblar. Bu günə qədər 45 min bilet satılıb. İndi "qara bazar”la bağlı problem yoxdur. Hələ 45 min bilet satılıb və satışda 20 mindən çox bilet var. Buna görə də "qarabazar”ın olmağına heç bir səbəb yoxdur”.
Klub rəsmisi rəhbərliyin ayıracağı pul mükafatına da toxunub: "Bu, klubun daxili sistemidir. Bu haqda məlumat verilmir. Sadəcə onu deyə bilərəm ki, mövsüm öncəsi müəyyənləşdirilmiş bir system var və ona əsasən futbolçular öz mükafalarını alırlar”.