Klublararası Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib

7-11-2017, 08:23           

Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib.

teref.az goal.az-a istinadən xəbər verir ki, Mərakeş təmsilçisi "Wydad Casablanca" finalda Misirin "Al Ahly" klubuna qalib gəlməklə titula sahib çıxıb. Qahirədə keçirilən oyunda 1:1 hesablı bərabərlikdə sonra, Kasablankada keçirilən cavab görüşündə Valud əl-Kərtinin qolu həlledici olub.

Beləliklə, "Wydad" dekabrda BƏƏ-də təşkil olunacaq Klublararası Dünya çempionatının iştirakçısı olacaq. Bu turnirdə Asiya və Cənubi Amerikanı təmsil edəcək klublar noyabrın sonunda müəyyənləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru