"Fənərbağça" - "Qalatasaray" matçını idarə edən hakimə ömürlük diskvalifikasiya

7-11-2017, 22:12           

Türkiyə çempionatının U-17 Liqasında "Fənərbağça" - "Qalatasaray" (0:2) matçını idarə edən Onur Mert ömürlük hakimlikdən uzaqlaşdırılıb.

teref.az goal.az-a istinadən xəbər verir ki, TFF Hakimlər Komitəsi onun 4-5 il öncə sosial şəbəkədə həmkarlarını təhqir edən və azarkeşlik etdiyi klubu açıq göstərən paylaşımlarına görə bu qərarı qəbul edib. Onur Mert sözgedən oyunda "Fənərbağça" futbolçusu Gürkan Başkanın açıq ayaqla rəqibinə sərt müdaxiləsini yalnız sarı vərəqə ilə cəzalandırmasına görə tənqid hədəfinə çevrilmişdi.

"Özümə yeni və tərəfsiz səhifə açdım. Hakimliyə başlayandan sonra Cüneyt Çakır və Fırat Aydınusun nə qədər dəyərli və mükəmməl insan olduğunu gördüm. Onların yolu ilə getməyə qərar verdim" - gənc hakim sosial şəbəkədəki yeni hesabından yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru