İker Kasilyas "Golden Foot - 2017" mükafatına layiq görülüb

8-11-2017, 09:09           
İker Kasilyas "Golden Foot - 2017" mükafatına layiq görülüb
Portuqaliyanın "Portu" klubunun qapıçısı İker Kasilyas hər il təqdim olunan "Golden Foot" mükafatına layiq görülüb.
“Report” AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qapıçı bu mükafatı uğurlu peşəkar karyerasına görə alıb.
O, karyerasının əhəmiyyətli hissəsini İspaniya "Real"ında keçirib. Futbolçu "Kral klubu"nun heyətində 5 dəfə İspaniya çempionu və üç dəfə Çempionlar Liqasının qalibi olub.
Kasilyas həmçinin İspaniya yığmasının heyətində bir dəfə dünya, iki dəfə isə Avropa çempionu adını qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.