İbrahimoviç: "Mənim gedişimdən sonra heç kim İsveç yığmasından çox şey gözləmir"

9-11-2017, 09:46           
İbrahimoviç: "Mənim gedişimdən sonra heç kim İsveç yığmasından çox şey gözləmir"
Futbol üzrə İsveç milli komandasının keçmiş lideri Zlatan İbrahimoviç gələn ilin yayında Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak uğrunda İtaliya ilə keçiriləcək qarşılaşmalar barədə fikirlərini bölüşüb.
“Report” xəbər verir ki, bu barədə o "Sky Sport Italia" nəşrinə müsahibəsində danışıb.
"Qarşıda iki əla oyun var, hər iki komanda üçün çətin olacaq. Rəqiblər dünya çempionatına çıxmaq üçün əllərindən gələni edəcəklər və bu, kubok yarışlarının finalına bənzəyəcək. Pley-off mərhələsinin oyunları qrup mərhələsindəkilərdən tamamilə fərqlənir.
İsveç yığması təzyiq göstərmədən oynayır, ona görə KİV-dən tutmuş azarkeşlərə qədər heç kim mənim gedişimdən sonra onlardan çox şey gözləmir. Nə vaxt ki, mən oynayıram, səviyyə qalxır. Və mənim yoxluğumda səviyyə aşağı düşür. Bu heyət yaxşı kollektiv olaraq qalır, lakin çiyinlərində az məsuliyyət var. Oyunçular təcrübəli deyil, amma layihənin özü iddialıdır", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru