MESSİ SÖZ VERDİ: DÜNYA ÇEMPİONU OLSAQ...

9-11-2017, 10:17           

Lionel Messi maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, Argentina millisinin hücumçusu dünya çempionatı ilə bağlı söz verib.

O, son ana qədər mundiala getməklə bağlı inancının itmədiyini deyib:

"Mənim heç vaxt dünya çempionatına getməklə bağlı şübhələrim olmayıb. Ancaq düşünürdüm ki, Ekvadorla son oyuna qədər biz öz yerimizi təmin edərik. Bütün komanda olaraq çempionluğu qazanmaq istəyirik. Söz verirəm ki, əgər mundialın qalibi olsaq, "Müqəddəs Nikolas kilsəsi”ni ziyarət edəcəm”.

Qeyd edək ki, sözügedən kilsə Messinin doğulduğu Rosario şəhərinə bir neçə yüz kilometr məsafədə yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru