Moskvada otel mühafizəçiləri Del Pyeronu tanımadıqları üçün içəri buraxmayıblar - VİDEO

11-11-2017, 09:39           
Moskvada otel mühafizəçiləri Del Pyeronu tanımadıqları üçün içəri buraxmayıblar - VİDEO
İtaliya yığma komandasının sabiq hücumçusu Alessandro del Pyero ötən gün bir müddət Argentina millisinin forvardı Lionel Messinin qaldığı otelə daxil ola bilməyib.
"Report" xəbər verir ki, buna otel mühafizəçilərinin məşhur futbolçunu tanımamaları səbəb olub.
İtaliyalının köməkçiləri və oteldə olan jurnalistlər onlara rus dilində Del Pyeronun kim olduğunu izah etməyə çalışsalar da, bu bir nəticə verməyib.
Lakin sonradan səsə Argentina yığmasının məşqçi qərargahı nümayəndələrindən bir nəfər gəlib və Del Pyeronu Messinin yanına aparıb.
Bu gün Argentina millisi Rusiyaya qarşı yoldaşlıq oyunu keçirəcək.
[media=https://www.youtube.com/watch?v=CNXSeqGxfNI]













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru