DÇ-2018-in daha iki iştirakçısı bəlli olub

12-11-2017, 11:11           
DÇ-2018-in daha iki iştirakçısı bəlli olub
Rusiyada təşkil olunacaq DÇ-2018-in daha iki iştirakçısı bəlli olub. Apasport.az saytının məlumatına görə, Mərakeş və Tunis yığmaları da həlledici mərhələdə mübarizəaparacaqlar.

Afrika zonası üzrə seçmə mərhələnin oyunları zamanı bu iki komandanın mundiala yollanacağı bəlli olub.

A qrupunda Tunis öz meydanında Liviya ilə qarşılaşıb. Qolsuz heç-heçə edən meydan sahibləri 6 oyundan sonra xalını 14-ə yüksəldib və bu, onlara mundiala yollanmaq üçün kifayət edib.

Mərakeş isə C qrupunda son tur çərçivəsində səfərdə Fil Dişi Sahili üzərində inamlı qələbə qazanıb – 2:0. Nəticədə bu komanda qrup mərhələsini 12 xalla birinci pillədə başa vurub.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama və Seneqal yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru