Xorvatiya və İsveçrə də DÇ-2018-də!

13-11-2017, 05:35           

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.

Bunlar İsveçrə və Xorvatiya yığmalarıdır. Bu ölkələrin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində seviniblər. Doğma meydanda Yunanıstana 4:1 hesabıyla qalib gəlmiş xorvatlar bu gecə səfərdə baş tutan cavab görüşündə qolsuz heç-heçəyə nail olmaqla dünya çempionatına vəsiqəni təmin ediblər. İsveçrə də səfərdə 1:0 hesabıyla yendiyi Şimali İrlandiya ilə doğma meydanda qolsuz bərabərlik sayəsində mundiala “bilet” qazanıb.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq.
TEREF.İNFO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru