Realdan tarixi transfer: 450 milyon avro...

13-11-2017, 05:41           
Realdan tarixi transfer: 450 milyon avro...
"Real" futbol tarixinin ən böyük transferini reallaşdırmaq istəyir. teref.az Fanat.Az-a istinadən xəbər verir ki, "Kral Klubu" PSJ-dən Neymarı heyətinə qatmaq üçün hərəkətə keçib.

Son günlər braziliyalı futbolçunun Fransadakı həyata alışa bilmədiyi və xoşbəxt olmadığı deyilir. Bu səbəbdən onun PSJ-dən ayrılmaq istədiyi deyilir. "Real" isə bu şansdan yararlanaraq onu heyətinə qatmaq niyyətindədi.

"Marca"nın iddiasına görə, "Real" yayda ulduz bir futbolçunun alınması üçün 200 milyon avro büdcə ayırıb və hədəfindəki ilk futbolçu isə Neymardı. Amma PSJ 222 milyon avroya aldığı braziliyalıya 450 milyon avro qiymət qoyub. Bildirilir ki, "Real" rəhbərliyi Neymarı almaq üçün bu məbləği ödəməyə hazırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru