“Yuventus” qış “transfer pəncərəsi”ni fəal keçirməyə hazırlaşır.
A24.az xəbər verir ki, Turin təmsilçisi Almaniya yığmasının türk əsilli oyunçusunun xidmətində maraqlıdır.
Bu barədə “Bild”ə klubun icraçı direktoru Beppe Marotta açıqlama verib. İtaliyalı klub rəsmisinin bildirdiyinə görə, “Liverpul”da çıxış edən Emre Canın keçidini reallaşdırmaq istəyir.