Berluskoni: "Ançelotti İtaliya yığması üçün düzgün seçim olardı"
17-11-2017, 09:08
"Milan" klubunun keçmiş rəhbəri Silvio Berluskoni Karlo Ançelottini İtaliya milli komandasının yeni baş məşqçisi vəzifəsinə daha uyğun namizəd adlandırıb. “Report” xəbər verir ki, onun sözlərini "Porta a Porta" nəşri sitat gətirib. "Ançelotti yığmanın yeni məşqçisi təyin edilərsə, bu, düzgün seçim olacaq. İtaliya futbolu hazırda yaxşı günlərini yaşamır, düşünürəm ki, dünya çempionatının təsnifat mərhələsinin "play-off"unda uğursuzluq ağrılı hadisə olmaqla yanaşı, ölkəmizə ciddi zərbə vurdu. İtaliyanın Rusiyada keçiriləcək turnirdə təmsil olunmaması, adamı çox məyus edir. Biz ən xırda nüansları nəzərə almaqla, öz yolumuza qayıtmalı və beynəlxalq təcrübəyə malik məşqçi dəvət etməliyik", — deyə Berluskoni bildirib.