“Polis azarkeşlərimizi sərbəst buraxacaq” - “Qarabağ”ın baş direktoru

18-11-2017, 09:08           

“Qarabağ”ın Topaz Premyer Liqasının XII turunda “Sumqayıt”la ev oyununun ilk hissəsində polis bölməsinə aparılan iki fanatı sərbəst buraxılacaq.

Bu barədə Sport24.az-a klubun baş direktoru Əmrah Çəlikəl məlumat verib.

O, bununla bağlı məlumat aldıqlarını və lazımi addım atdıqlarını deyib:

“Futbolda belə olaylar yaşanır. Komandaların tribunalarda olan azarkeşləri arasında qarşıdurmalar olur. Polis də belə olan halda, məsələyə müdaxilə etməli olur. Biz artıq lazımı addımları atdıq. Həmin fanatarımız Sabunçu rayonu polis şöbəsinə aparılıb. Ancaq bizə verilən məlumata görə, onlar matçdan dərhal sonra sərbəst buraxılacaqlar”.

Xatırladaq ki, saxlanılanlardan biri “Boys Qarabağ” fan-klubunun üzvü Azad Məmmədov, digəri isə “Ordu” fan-klubunun rəhbəri Elvin Süleymanovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru