"Qarabağ"ın keçmiş hücumçusunun qol vurduğu oyunda "Mançester Yunayted"ə məxsus antirekord yenilənib - VİDEO

20-11-2017, 06:36           
"Qarabağ"ın keçmiş hücumçusunun qol vurduğu oyunda "Mançester Yunayted"ə məxsus antirekord yenilənib - VİDEO
"Qarabağ"ın keçmiş futbolçusu Samuel Armenterosun çıxış etdiyi İtaliyanın "Benevento" komandası top-çempionatlar arasında mövsümün startındakı məğlubiyyət sayında antirekord müəyyənləşdirib.
"Report"un məlumatına görə, A Seriyasının autsayderi XIII turda "Sassuolo"ya 1:2 hesabı ilə uduzub. "Benevento"nun yeganə qolunu 65-ci dəqiqədə məhz isveçli forvard Armenteros vurub.
Bu, mövsümdə 13-cü məğlubiyyət kimi qeydə alınıb. Əvvəlki antirekord İngiltərə "Mançester Yunayted"inə məxsus olub. "Qırmızı şeytanlar" 1930/1931 mövsümündə Premyer Liqanın ilk 12 turunu məğlub başa vurub.
Qeyd edək ki, "Benevento" tarixində ilk dəfə A Seriyasında çıxış edir. Növbəti iki turda bu komandanı "Atalanta" ilə səfər, "Milan"la isə ev oyunları gözləyir. Samuel Armenteros bu yay transfer olunduğu komandada cəmi bir qol vurub. O, "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru