Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu - FOTO

20-11-2017, 07:44           
Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu - FOTO
Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb.
teref.az sportlife.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub. Elgün baş məşqçi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb.

Müdafiəçi artıq 2 həftədir ki, "Qarabağ"da deyil. Mənbənin bildirdiyinə görə, hadisədən xəbər tutan Qurban Qurbanov qəzəblənərək Uluxanovu bağışlamayacağını deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru